Muğlanın Marmaris ilçəsində baş verən meşə yanğını ilə bağlı şübhəli şəxs qismində saxlanılan S.A. adlı şəxs törətdiyi əməli etiraf edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu yerli mediaya açıqlamasında deyib.
“Şübhəli şəxs meşəni yandırdığını etiraf etdi”, – deyə nazir bildirib.