Türkiyənin Datça kurort bölgəsində meşə yanğını davam edir. İndiyədək 19 nəfər xəsarət alıb. 9 nəfərin müalicə alır, 9 nəfər evə buraxılıb, 1 nəfərin müalicəyə ehtiyacı olmayıb. 18 təcili yardım maşınında 84 tibb işçimiz növbə çəkir.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca Tvitter hesabında yazıb.
O qeyd edib ki, güclü külək yanğının söndürülməsinə mane olur. Yanğının söndürülməsinə 10-dan çox təyyarə və helikopter cəlb olunub.