Türkiyənin Balıkəsir vilayətinin Kepsur ilçəsində meşə yanğını baş verib.
AzerTimes xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarəolunması Agentliyi 10 təyyarə, 18 helikopter, 74 yanğınsöndürən maşın, 12 buldozer və 415 nəfər canlı qüvvə ilə yanğını məhdudlaşdırmağa çalışır.
Bildirilir ki, küləyin təsirindən yanğının söndürülməsi çətinləşir.