Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyədə fevralın 15-dən etibarən tədris müəssisələri mərhələli şəkildə fəaliyyətə başlayacaq.
AzerTimes-ın məlumatına görə, bunu ölkənin təhsil naziri Ziya Selçuk deyib.
O bildirib ki, fevralın 15-də məktəbəqədər təhsil müəssisələri işə başlayacaq.
Martın 1-dən ibtidai siniflərdə dərslər həftədə 2 dəfə olmaqla başlayacaq. Bundan başqa, martın 1-də imtahan verməli olan 8 və 12-ci sinif şagirdləri siniflərə qayıdacaq.
Şagirdlər məktəblərə yalnız peyvəndləndikdən sonra gedə biləcəklər. Şagirdlərin peyvəndlənməsi fevral ayı ərzində keçiriləcək.