Türkiyənin Balıkəsir bölgəsində yerləşən mərmər mədənində torpaq sürüşməsi baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Sürüşmə nəticəsində torpaq altında qalan 2 fəhlə həyatını itirib.
Qeyd olunub ki, hazırda sürüşmənin baş verdiyi ərazidə təmizləmə işləri aparılır.