Türkiyənin şimalında mədəndə baş verən partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
O bildirib ki, hazırda daha 11 nəfər yaralı var.
Qeyd edək ki,Türkiyənin Bartın vilayətinin Amasra ilçəsində daş kömür mədənində qaz sızması nəticəsində partlayış baş verib.