Türkiyədə maaş artımı nə qədər olacaq?

Türkiyədə maaş artımı nə qədər olacaq?

Türkiyədə minimum əmək haqqının 11 min lirədən çox olacağı gözlənilir.

AzerTimes xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin yazarı Abdulkadir Selvi deyib.

O bildirib ki, Qurban bayramı öncəsi Türkiyə lideri Ərdoğanın minimum maaşla bağlı qərarına hazırlıqlar görülür:

“Maaşların 25-35% artırılması barədə müzakirələr gedir. Məndə olan məlumata görə, 11 mn lirədən çox olacaq”.

Qeyd edək ki, Türkiyədə minimum əmək haqqı hazırda 8,5 min lirədir.

Teqlər: