Türkiyədə leysan yağışları daşqınlara səbəb olub

Türkiyənin Muğla vilayətində leysan yağışları daşqınlara səbəb olub.

AzerTimes-ın məlumatına görə, sel nəticəsində kənd təsərrüfatı sahələri su altında qalıb.

Menteşe rayonundakı ərazilərdən birində evin istinad divarının uçduğu da bildirilib.


Rayonun alçaq əraziləri tamamilə su altında qalıb.

Qeyd olunub ki, son 24 saat ərzində Mentesdə hər kvadratmetrə 100 kiloqram yağıntı düşüb.