Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 194 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 12 171 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 211, ağır xəstələr isə 3 201 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 296 102 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 172 251 nəfər sağalıb, 22 264 nəfər isə vəfat edib.

www.yenicag.az