Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 51 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 236 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 5 294 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 375 593 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 5 093 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 237 731 nəfər təşkil edir.