Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 86 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 48 341 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 6 609 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 300 236 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 5 836 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 173 186 nəfər təşkil edir.