Türkiyədə koronavirusdan sağalanların sayı 5,16 milyonu ötüb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 91 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 48 255 nəfərə çatıb.


Bildirilib ki, ölkədə 5 647 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 293 627 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 6 576 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 167 350 nəfər təşkil edir.

Teqlər: