Türkiyədə koronavirusdan sağalanların sayı 5 milyon nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 231 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 46 071 nəfərə çatıb.


Bildirilib ki, ölkədə 8 697 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 178 648 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 14 472 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 013 111 nəfər təşkil edir.