Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 214 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 45 840 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 9 528 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 169 951 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 8 852 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 998 639 nəfər təşkil edir.