Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 233 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 45 419 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 11 553 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 151 038 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 9 271 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 980 516 nəfər təşkil edir.