Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 283 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 43 029 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 15 191 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 031 332 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 25 694 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 716 918 nəfər təşkil edir.