Türkiyədə koronavirusdan sağalanların sayı 2,63 milyon nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 64 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 29 094 nəfərə çatıb.


Bildirilib ki, ölkədə 13 215 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 793 632 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 8 106 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 632 030 nəfər təşkil edir.