Türkiyədə koronavirusdan sağalanların sayı 2,6 milyon nəfərə çatır

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) 65 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 771 nəfərə çatıb.


Məlumata əsasən, ölkədə 11 520 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 734 836 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 7 191 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 593 264 nəfər təşkil edir.