Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyədə koronavirusa qarşı peyvəndləmə prosesi davam edir.
AzerTimes-ın məlumatına görə, prosesin başladığı yanvarın 14-dən bu günədək ölkədə peyvəndlənənlərin sayı 2 milyon nəfəri keçib.
İstanbulda 348 mindən çox, paytaxt Ankarada 195 mindən çox şəxs peyvənd olunub.
Qeyd edək ki, Türkiyədə bu günədək 2 477 463 nəfər koronavirusa yoluxub. Onlardan 25 993 nəfər ölüb, 2 362 415 nəfər sağalıb.