Türkiyədə koronavirus məhdudiyyətləri yumşaldılıb

Türkiyədə xəstəxanalar istisna olmaqla, tibbi maska ​​taxmaq
artıq məcburi deyil.

Trend xəbər
verir ki, bu barədə Türkiyə səhiyyə naziri Fəxrəddin Koca öz “Twitter” səhifəsində yazıb.

“Artıq üçüncü gündür ki, gündəlik yoluxma sayı mindən azdır.
İstəsək, ictimai nəqliyyatda maska ​​taxmaya bilərik. Xəstəxanalar
istisna olmaqla, tibbi maska ​​taxmaq artıq məcburi deyil. Lakin
təcrübəyə əsaslanaraq ictimai nəqliyyatda və insanların çox olduğu
yerlərdə maskaların yanınızda olması daha yaxşı olar”, – F. Koca
bildirib.

Qeyd edək ki, Türkiyədə son 24 saat ərzində 864 nəfərdə
koronavirusa yoluxma faktı qeydə alınıb.

Teqlər: