Türkiyədə ixrac avqustda 51,9 faiz artıb

Türkiyədə ixrac 2021-ci ilin avqust ayında keçən ilin eyni dövrü ilə müqayisədə 51,9 faiz artaraq 18 milyard 916 milyon dollara, idxal 23,6 faiz artaraq 23 milyard 175 milyon dollara çatıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Statistika İnstitutu (TÜİK) və Ticarət Nazirliyinin hesabatlarında bildirilir.

Hesabat dövründə xarici ticarət kəsiri 32,4 faiz azalaraq 4 milyard 259 milyon dollara düşmüşdür. İxracatın idxala nisbəti avqust ayında 81,6 faiz oub. Ötən ilin eyni dövründə isə ixracatın idxala nisbəti 66,4 faiz təşkil edib.


Türkiyənin ilin 8 ayında (yanvar-avqust) ixracı keçən ilə nisbətən 36,9 faiz artaraq 140 milyard 195 milyon dollara çatıb. Eyni dövrdə Türkiyənin idxalı 25,5 faiz artaraq 169 milyard 975 milyon dollara yüksəlib.

Türkiyənin xarici ticarət kəsiri yanvar-avqust aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azalaraq 29 milyard 780 milyon dollara düşüb. Səkkiz ayda ixracın idxala nisbəti keçən ilin 75,6 nisbətində yüzdə 82,5 faiz təşkil edib.

Teqlər: