Türkiyədə İstanbul Kanalın inşaat planına razılıq verilib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum öz “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, bu kontekstdə tez bir zamanda addımlar atacağıq və elə edəcəyik ki, İstanbul kanalının ölkəmizə, şəhərimizə faydalı olsun”.
Qeyd edək ki, yeni kanal Küçükçekmece, Sazlidere və Durusu rayonlarının ərazisindən keçəcək.
Su yolunun gündə 300 min tona qədər dedveyti olan tankerlər də daxil olmaqla təxminən 160 gəmini keçə biləcəyi ehtimal olunur.
Yeni su yolunun marşrutu boyunca 10 körpünün tikilməsi planlaşdırılır.