Türkiyədə İsrailə casusluq edən 15 nəfər həbs olundu

Türkiyədə İsrailə casusluq edən 15 nəfər həbs olundu

İstanbul məhkəməsi Türkiyədə İsrailə casusluqda şübhəli bilinərək saxlanılan 34 nəfərdən 15-i barəsində həbs qətimkan tədbiri seçib.

AzerTimes xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, 26 nəfər məhkəməyə gətirilib. Hakim onlardan 15-i barəsində həbs qətimkan tədbiri seçib, qalan 11 nəfər isə məhkəmə nəzarəti tədbirləri ilə azadlığa buraxılıb. Daha 8 nəfər isə deportasiya olunmaq üçün miqrasiya orqanlarına təhvil verilib.

Teqlər: