Türkiyə Daxili İşlər Nazirliyi 13 vilayətdə “Gürz-1” əməliyyatı keçirib.
AzerTimes xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerliqaya özünün X səhifəsində məlumat yayıb.
Əməliyyat nəticəsində İŞİD üzvü olmaqda şübhəli bilinən 72 nəfər saxlanılıb, onlardan xeyli sayda maddi vəsait və fəaliyyət planlarına dair sübutlar götürülüb.