Türkiyədə irimiqyaslı əməliyyat: 2157 şəxs saxlanıldı

Türkiyədə irimiqyaslı əməliyyat: 2157 şəxs saxlanıldı

Türkiyə polisinin ölkənin 27 vilayətində keçirdiyi əməliyyat zamanı iki mindən çox qeyri-qanuni miqrant saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.

“27 vilayətdə keçirilən “Qalxan-7” əməliyyatı çərçivəsində 80 qaçaqmalçı və 2155 qanunsuz miqrant saxlanılıb. Miqrantların qanunsuz daşınmasını təşkil edən 6 nəfər həbs olunub. Əməliyyatlar davam edəcək”, – nazir bildirib.

Teqlər: