Türkiyədə iranlı cinayətkar dəstə başçısı həbs edildi

Türkiyədə iranlı cinayətkar dəstə başçısı həbs edildi

Türkiyənin təhlükəsizlik qüvvələri İzmir şəhərində qanunsuz mərc saytlarını idarə edənləri və mütəşəkkil cinayətkar şəbəkənin üzvlərini həbs edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya açıqlama verib.

“Kartel-6” əməliyyatı zamanı mütəşəkkil cinayətkar dəstənin rəhbəri də daxil olmaqla 4 nəfər həbs edilib, 6 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə göstəriş verilib”,- nazir bildirib.

Məlumatda cinayətkar şəbəkənin başçısı Türkiyədə yaşayan iranlı Sədullah Əmirşəqaqinin saxlanıldığı bildirilib.

Əməliyyat zamanı 120 min dollar, 80 min avro, 9 lüks qol saatı, 500 min dollar dəyərində 15 şirkət, 10 avtomobil, 17 ev və tikilidə ortaqlıq payı və 9 şirkət də müəyyən edilərək məhkəmə qərarı ilə müsadirə edilib.

Teqlər: