Türkiyədə iyul ayında illik inflyasiya 79,60 faizə yüksəlib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutu məlumat yayıb.
Məlumata görə, ölkədə bir ayda istehlak qiymətlərinin artımı 2,37% təşkil edib. İyun ayında isə Türkiyədə illik inflyasiya 78.62 faiz idi.