Türkiyədə iyun ayında illik inflyasiya 78.62 faizə yüksəlib.
AzerTimes xəbəri verir bu barədə Türkiyə Statistika İnstitutu məlumat yayıb.
Məlumata görə, ölkədə bir ayda istehlak qiymətlərinin artımı 4,95% təşkil edib.
May ayında isə Türkiyədə illik inflyasiya 73.5 faiz idi.
Qeyd edək ki, Türkiyə maliyyə naziri Nurəddin Nəbati 2022-ci ilin sonları üçün ölkədə illik inflyasiyanın 48-49 faiz olacağını proqnozlaşdırmışdı.