Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyədə yerli istehsal olan ilk yük pilotsuz uçuş aparatının sınaqları keçirilib.
AzerTimes-ın məlumatına görə, KARGO-150 çoxpərli PUA 50 dəqiqə müddətində 150 kiloqramadək yük daşımaq gücündədir.
PUA “Aselsan” və “Altınay Savunma” şirkətləri tərəfindən istehsal olunub. KARGO-150 40 kilometr məsafəyə yükü çatdırıb geri dönə biləcək.
Qeyd olunur ki, KARGO-150-nin yüklə birgə ağırlığı 730 kiloqrama çatır. Aparatın uçuş sürəti 100 kilometr/saata çatır.
PUA əsasən, hərbi yüklərin, silah-sursat, eləcə də yanacağın əsgərlərə çatdırılması üçün nəzərdə tutulur.