Türkiyədə 2021-ci il ərzində 40 terror aktının qarşısı alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində Türkiyənin daxili işlər naziri Süleyman Soylu yazıb.
Onun sözlərinə görə, 2017-ci ildən bu günə qədər 6716 terrorçu zərərsizləşdirilib, 861 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub:
“2017-ci ildə Türkiyədə 697, 2018-ci ildə 361, 2019-cu ildə 309, 2020-ci ildə 248, 2021-ci ildə isə 40 terror aktının qarşısı alınıb”.