Türkiyənin Adana bölgəsində meşə yanğınına müdaxilə edən helikopter su götürərkən qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə Adana valisi Yavuz Səlim Köşgər məlumat verib.
Qeyd olunub ki, suya düşən helikopterdə olan 5 nəfərin hamısının səhhəti yaxşıdır.