Türkiyədə həbs edilən reper İrana təhvil verildi

Türkiyədə həbs edilən reper İrana təhvil verildi

Bir neçə gün əvvəl İstanbul polisi tərəfindən həbs edilən məşhur iranlı reper Əmir Hüseyn Məqsudlu (Əmir Tətəlu) bu gün səhər saatlarında Bazərqan keçid məntəqəsində İrana təhvil verilib.

AzerTimes xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin İctimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

Reperə qarşı İranda çoxsaylı cinayət işi açılıb və onu uzunmüddətli həbs cəzası gözləyir.

Tətəlunun yaxınlarının dediyinə görə, reperə qarşı irəli sürülən bir sıra ağır ittihamlar səbəbindən onun barəsində ölüm hökmünün çıxarılacağı mümkündür.

Reperin 18 yaşına çatmamış bir neçə yeniyetmə qıza qarşı cinsi zorakılıq etdiyi iddiası ilə barəsinə şikayət edildiyi bildirilib.

Teqlər: