İzmirdə Güney Azərbaycan Türklərinin İkinci Sənət Festivalı başlayır.
Bu barədə AzerTimes-a Güney Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetxanoğlu məlumat verib.
Onun sözlərinə görə, noyabrın 30-da baş tutacaq builki festival yazıçı Səməd Behrəngi və Güney Azərbaycanın məşhur şəhərlərinə həsr edilib:
“Festivalımızın birinci bölümündə yazıçının xatirəsini yad edəcəyik. Onun yaradıcılığı müzakirə ediləcək. İkinci hissə isə Güney Azərbaycanın böyük şəhəri Urmuya həsr olunub. Festivalda tanınmış mədəniyyət xadimləri də mükafatlandırılacaq, ilin Güney Azərbaycan sənətçisi elan ediləcək”.
Qeyd edək ki, ötən il bu ada məşhur sənətkar Araz Elsəs layiq görülüb.