Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ nəticəsində 35 nəfər yaralanıb. Təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb.
Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib. Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.