Türkiyənin Malatya şəhərində ardıcıl olaraq 5,2 və 4,7 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Üç dəqiqə fərqlə baş verən ardıcıl təkanlardan sonra əhali küçələrə çıxıb.
Episentri Malatyanın Battalqazi ilçəsi olan zəlzələ yerin 6,36 km dərinliyində meydana gəlib.
Zəlzələdən dolayı Daxili İşlər Nazirliyi və AFAD-ın müvafiq strukturları gücləndirilmiş iş rejimə keçib.