Türkiyədə güclü zəlzələ: dağıntılar var

Türkiyədə güclü zəlzələ: dağıntılar var

19:24

Türkiyənin Ərdahan vilayətinin Göle ilçəsində 5 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.

Əlavə məlumat verilmir.

***

Ərdahan əyalətinin Gölə rayonunda qeydə alınmış 5 bal gücündə zəlzələ dağıntılara səbəb olub.

Zəlzələ zamanı Kiçik Altunbulak kəndində 8 ev və ətraf kəndlərdə bəzi tikililərin divarları uçub. Kənddə 1 nəfərin üzərinə daş parçaları düşüb. Yaralı təcili yardım maşınıyla xəstəxanaya aparılıb.

Kəndin bəzi yerlərində qaya parçaları zəlzələnin təsirindən yola dağılıb.

Bundan başqa, bir neçə kənddə tövlələr dağılıb.

Zəlzələ Ərdahan şəhərinin mərkəzində, Şenkaya rayonunda, Qarsda da hiss olunub.

Teqlər: