Türkiyənin şimalındakı Şərqi Qara dəniz bölgəsində bir neçə
vilayətdə kəskin hava şəraiti ilə əlaqədar 533 yaşayış məntəqəsinin
yolları bağlanıb.
Trend-in
məlumatına görə, regionda bir neçə gün yağan qar ciddi fəsadlara
səbəb olub.
Qeyd olunur ki, Giresun vilayətində 184, Rize vilayətində 172
kəndin yolları bağlı qalıb.
Bundan başqa, Artvin, Gümüşhane və Trabzon vilayətlərində
yüzlərlə yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.
Fəsadların aradan qaldırılması üçün bölgələrə xilasedicilər və
texnika cəlb edilib.