Türkiyədə güclü partlayış: yaralılar var

Türkiyədə güclü partlayış: yaralılar var

Türkiyənin Kocaeli vilayətinin Gölcük ilçəsində üçmərtəbəli yaşayış binasındakı mənzillərdən birində güclü partlayış baş verib.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Nəticədə 5 nəfər xəsarət alıb ki, onlardan 2-nin vəziyyəti ağırdır.

Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.

Əraziyə polis, təcili yardım qrupları gəlib.

Teqlər: