Türkiyənin Bingöl vilayətində Xüsusi Hərəkat Şöbəsində təlim
bölgəsinə döyüş sursatlarının çatdırılması zamanı partlayış baş
verib.
AzerTimes-ın məlumatına görə, baş
verən partlayışda 2 polis əməkdaşı ağır yaralanıb.
Bingöl Qubernatorluğundan verilən açıqlamada deyilir ki,
partlayış saat 13:30 radələrində Kaleönü Məhəlləsindəki Xüsusi
Hərəkat Şöbəsində təlim bölgəsinə döyüş sursatı (tank əleyhinə)
daşınarkən baş verib.
Ağır yaralanan polislərin Bingöl Dövlət Xəstəxanasına
çatdırıldıqları bildirilir.