Türkiyənin Hatay vilayətinin Antakya şəhərində meşə massivində güclü yanğın başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, yanğın Taxtakörpü rayonundakı meşə ərazisindən başlayıb.
Güclü külək səbəbindən yanğının söndürülməsi çətinləşir. Hazırda bölgədə hava temperaturunun 35 dərəcəyə qədər qalxdığı deyilir.
Bundan əlavə, sakinlərin meşələri yandıran bir neçə şəxs gördüyü barədə də məlumatlar yayılıb.