Türkiyənin gəmi əleyhinə “Atmaca” raketi ordunun silahlanmasına daxil olmasından əvvəl son sınaq zamanı gəmi şəklində hədəfini uğurla vurub.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz “Twitter” səhifəsində yazıb.
Dövlət başçısının sözlərinə görə, həlledici test buraxılışı bu gün həyata keçirilib:
“Gəmi əleyhinə “Atmaca” raketi ilk dəfə Silahlı Qüvvələrin arsenalına daxil olmasından əvvəl bu günki son sınaq zamanı gəmi şəklində hədəfi vurub. Silahlı qüvvələrimizə və donanmamıza uğurlar arzulayıram”.