Türkiyədə fırtına və sel: bir nəfər öldü

Türkiyədə fırtına və sel: bir nəfər öldü

Türkiyənin paytaxtı Ankarada güclü külək səbəbindən inşaat sütununun aşması nəticəsində üç nəfər xəsarət alıb.

AzerTimes xəbər verir ki, bununla bağlı Ankara valisi Vasip Şahin sosial media hesabında paylaşım edib.

Bildirilib ki, xəstəxanaya çatdırılan həmin şəxslərdən biri ölüb, digər iki nəfərin isə müalicələri davam edir.

Əlverişsiz hava şəraiti İstanbulda da fəsadlara səbəb olub.

Şəhərdə yağan şiddətli yağış səbəbindən tarixi Qapalıçarşının bəzi hissələrini, eləcə də bir sıra digər iş yeri və alt keçidləri su altında qalıb.

Teqlər: