Türkiyənin 11 vilayətində FETÖ terror təşkilatına qarşı “Qısqac-25” əməliyyatı keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X-də yazıb.
O bildirib ki, əməliyyatlar Adana, Ankara, Antalya, Çorum, Elazığ, İstanbul, İzmir, Ordu, Samsun, Kahramanmaraş və Van vilayətlərini əhatə edib.
Əməliyyat nəticəsində 20 FETÖ şübhəlisi saxlanılıb.
Onların təşkilatın məsul şəxsləri ilə əlaqə saxladıqları, FETÖ-nun “ByLock” kriptokommunikasiya proqramının istifadəçiləri olduğu üzə çıxıb.