
İstanbul, Ankara və İzmir də daxil olmaqla Türkiyənin 39 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat verib.
O bildirib ki, əməliyyat çərçivəsində 160 nəfər şübhəli şəxs qismində saxlanılıb:
“Onlardan 90-ı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

