Türkiyədə “faciə əlaməti”: Qarabağ müharibəsində də… – Video

Türkiyədə “faciə əlaməti”: Qarabağ müharibəsində də… – Video

Türkiyənin İzmir şəhərinin Kamalpaşa ərazisindəki bir fabrikdə yaralı maral tapılıb.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə gündəm olub.

Şamanizmin simvollarından olan, türk mifologiyasında müqəddəs ruhu təmsil edən, tanrı tərəfindən göndərilmiş işarə kimi qəbul edilən maralın şəhərə enməsi “faciə əlaməti” kimi yozulub. Mifologiyaya görə, bu heyvan ümumilikdə uğuru, zəfəri, xoş günləri təmsil edir, lakin yaralı maralın faciə əlaməti kimi dəyərləndirildiyi bildirilir.

Son dövlərdə Türkiyənin qurucusu Mustafa Kamal Atatürklə bağlı artan tənqidi çıxışlar, onun heykəllərinə qarşı təxribatlar fonunda bu hadisə xüsusi diqqət çəkib. Yaralı maralın məhz Kamalpaşa bölgəsində görünməsi sosial şəbəkələrin Türkiyə seqmentində narahatlıq doğurub və böyük faciənin yaxınlaşdığı iddialarını gücləndirib.

Bəzi sosial şəbəkə istifadəçiləri isə bu məsələdə İkinci Qarabağ müharibəsini nümunə göstəriblər. 44 günlük müharibədə Azərbaycan əsgərlərinin yanına türklərin qədim simvolu bozqurdun gəldiyi görüntüləri paylaşılıb. Bundan 4 il sonra isə türklərin digər müqəddəs simvolu maralın yaralı halda Türkiyədə görünməsi yeni müharibə “anonsu” kimi təqdim edilib.

Həmin görüntüləri təqdim edirik:

Teqlər: