Türkiyədə davam edən fövqəladə hal çərçivəsində telekanallarda yayımlanan verilişlərlə bağlı fərman verilib.
Türk televiziyalarında efirə verilən evlilik proqramlarına qadağa qoyulub.
Türkiyənin Radio-Televiziya qurumunun belə qərar verməsinə səbəb – evlilik proqramlarının gənc nəslin təlim-tərbiyəsinə mənfi təsiri barədə RTÜK-ə saysız-hesabsız şikayətlər daxil olmasıdır. Bildirilir ki, bu məsələ uzun müddətdir ki, müzakirə olunurdu.
Xatırladaq ki, evlilik verilişləri “Show TV”, “ATV”, “Star TV”də və digər kanallarda yayımlanırdı.
Qeyd edək ki, Türkiyənin Radyo ve Televiziya İdarəsi evlilik proqramlarını son bir ildə 11,2 milyon lirəni keçən cəriməylə cəzalandırmışdı.