Xəbər - Humay Ağacanova – Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada
təhlükəsizlik zirvəsi keçirilir.
Trend-in Türkiyə KİV-ə istinadən məlumatına görə, iclasda
Rusiya-Ukrayna məsələsi müzakirə olunacaq.
Zirvədə Vitse-prezident Fuat Oktay, milli müdafiə naziri Hulusi
Akar, daxili işlər naziri Süleyman Soylu, baş qərargah rəisi, ordu
generalı Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan
Fidan, Prezidentin kommunikasiya direktoru Fahrettin Altun,
Prezidentin şəxsi katibi Həsən Doğan və Prezident
Administrasiyasının sözçüsü İbrahim Kalın iştirak edir.