Türkiyədə ən son sorğu: Bu namizəd ilk turda qalib olacaq

Türkiyədə ən son sorğu: Bu namizəd ilk turda qalib olacaq

Türkiyənin “Optimar” araşdırma mərkəzi seçkiqabağı keçirdikləri son sorğunun nəticələrini açıqlayıb.

AzerTimes xəbər verir ki, sorğu 9-11 may tarixləri arasında 5 min 950 nəfərin iştirak ilə keçirilib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 50,4 faizi hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini açıqlayıb.

CHP lideri Kamal Kılıçdaroğlu 44,7 faiz, ATA İttifaqından Sinan Oğan 3,4 faiz, Məmləkət Partiyasının sədri Məhərrəm İncə isə 1,5 faiz səs toplaya bilib.

Qeyd edək ki, ötən gün M.İncə prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb.

Teqlər: