Türkiyənin Karabük şəhərində cinayətkar qruplaşmalara qarşı “Quyu-10” əməliyyatı keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.
Nazir bildirib ki, əməliyyatlar çərçivəsində qruplaşma liderləri – Sezgin Yüksəl və İmdad Yüksəl saxlanılıblar.
Bundan başqa, daha 11 nəfər şübhəli şəxs qismində ələ keçirilib.