İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya X hesabında yazıb.
“Ölkənin 4 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb”, – paylaşımda deyilib.
DİN-in məlumatına görə, son bir il ərzində Türkiyədə terror təşkilatının 3 mindən çox tərəfdarı saxlanılıb.